...

Əbülfəz Qarayev: "Hacıbaba Bağırovun itkisi mənim üçün böyük faciədir"

Siyasət Materials 5 Oktyabr 2006 16:17 (UTC +04:00)
Əbülfəz Qarayev: "Hacıbaba Bağırovun itkisi mənim üçün böyük faciədir"

Trend xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev oktyabrın 5-də Dövlət Musiqili Komediya Teatrının binasında təşkil olunan xalq artisti Hacıbaba Bağırovla vida mərasimində jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Hacıbaba müəllimlə görüşəndə ürəyində olan ağrı keçirdi: "Çünki bu insan həmişə öz gülüşü, zarafatı və ifadələri ilə ətrafındakıların könlünü açırdı. Onun itkisi mənim üçün böyük faciədir. Ona görə ki, Hacıbaba müəllim bütün xalq kimi mənim də ən sevimli aktyorlarımdan biri idi. Mənim onunla tanışlığım tək nazirliyin çərçivəsində olmayıb. Mən ona həmişə böyük hörmətlə yanaşmışam, xatirəsini də həmişə uca tutacam".

Ə.Qarayev iki gün öncə Avstriyadan qayıdanda H.Bağırovun xəstəxanada olduğunu eşitdiyini deyib: "Zəng vurub onunla danışdım. Dedim ki, sənin yubileyinə hazırlıq görürük, sən isə xəstəxanadasan. Bildirdi ki, ürəyini sıxma, xəstəxanadan çıxıb yanıma gələcək və mənimlə bu məsələlərlə bağlı məsləhətləşmə aparacaq. Dedim ki, nə lazımdırsa edəcəyik ki, sən sağlam olasan. Səhəri gün isə... Allah ona rəhmət etsin".

Xəbər lenti

Xəbər lenti