...

"Azadlıq" blokunun liderləri Avropa Şurasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 5 Oktyabr 2006 18:29 (UTC +04:00)

Oktyabrın 5-də "Azadlıq" siyasi blokunun liderləri Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin nümayəndələri ilə görüşüb. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Görüşdə təkrar bələdiyyə seçkiləri, ölkədəki mövcud durum müzakirə mövzusu olub. Söhbət zamanı Avropa Şurasının və Venesiya Komissiyasının indiyə qədər Azərbaycana ünvanladığı tövsiyələrin yerinə yetirilməməsi, seçki komissiyalarının nəzarət altında olması, siyasi məhbus probleminin yenidən aktuallaşması, azad mətbuata qarşı artan təzyiqlər, "Azadlıq" siyasi blokunun bələdiyyə seçkilərini boykot etməsinin səbəbləri barədə danışılıb.

AŞ nümayəndə heyəti AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməməsi ilə bağlı yaranmış durumla maraqlanıb. Görüşdə "Azadlıq" siyasi blokunun həmtəsisçiləri - AXCP sədri Əli Kərimli, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti