...

Rusiyanın XİN başçısı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirib

Siyasət Materials 6 Oktyabr 2006 14:35 (UTC +04:00)
Rusiyanın XİN başçısı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvaya gəlmiş Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün yekunlarını müsbət qiymətləndirib. Onun sözlərinə görə, "görüş məhsuldar keçib".

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, Smolensk meydanında keçirilmiş üçtərəfli görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan iştirak edib.

"Moskva üçtərəfli görüşün keçirilmə yeri kimi təsadüfən seçilməyib. Belə ki, Rusiya tarixən Zaqafqaziyada, xüsusilə Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayıb", - deyə Moskvadakı diplomatik mənbə qeyd edib. Mənbə bildirib ki, "bu formatda söhbətin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması ilə bağlıdır".

Daha əvvəl ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, Moskvada Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün keçirilməsi ilə bağlı razılaşma MQ həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) Bakıda və İrəvanda apardıqları danışıqlar zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti