...

Saat 19.00-dək seçicilərin 32,49 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Oktyabr 2006 20:13 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda keçirilən bələdiyyə seçkilərində iştirak edən seçicilərin fəallığına dair saat 19.00-dək olan məlumat açıqlanıb. Trend in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında KİV-lər üçün brifinq keçirib.

İ.Babayev bildirib ki, bu saata gədər səsvermədə ümumilikdə 261623 nəfər seçici iştirak edib. Bu isə ölkə üzrə (seçki keçirilən ərazilərdə) seçicilərin ümumi sayının 32,49 faizini təşkil edir. İ.Babayev bildirib ki, bu, hələ son məlumat deyil. 7 seçki dairəsindən son məlumatlar daxil olmadığından rəqəmlərdə dəyişiklik ola bilər.

Qeyd edək ki, bu rəqəmləri İ.Babayev oktyabrın 6-da saat 20.00-da keçirdiyi mətbuat konfransında səsləndirib.

Xəbər lenti

Xəbər lenti