...

MSK bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə dair qərarlar çıxarıb

Siyasət Materials 12 Oktyabr 2006 17:28 (UTC +04:00)

Oktyabrın 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda 6 oktyabrda keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərə baxılıb.

İclasda ümumilikdə 6 müraciətə baxılıb. Şikayətlərdən ikisi təmin edilməyib, üçünün baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi dair qərar çıxarılıb. 79 saylı İmişli, 77 saylı Astara və 102 Samux-Şəmkir seçki dairələrindən verilən şikayətlər araşdırılması üçün həmin dairə seçki komissiyalarına göndərilib. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin Şağlaser bələdiyyəsi və 70 saylı Astara seçki dairəsindən verilən şikayətlər isə təsdiqini tapmadığı üçün təmin edilməyib. 105 saylı Tovuz dairəsinin qərarından veilən şikayətə baxılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.

İclasda MSK-ya ünvanlanan təşəkkür teleqramları da oxunub.

Xəbər lenti

Xəbər lenti