...

Oktyabrın 16-19-da Cenevrədə İntellektual Mülkiyyətin Qorunması Təşkilatının iclası keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2006 16:48 (UTC +04:00)

Oktyabrın 16-19-da Cenevrədə İntellektual Mülkiyyətin Qorunması Təşkilatının (İMQT) iclası keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın İMQT-dəki nümayəndə heyətinin üzvü, millət vəkili Asəf Hacıyev bildirib.

Millət vəkili bildirib ki, Azərbaycan İMQT-ə1995-ci ildə daxil olub, Azərbaycanın nümayəndə heyətinin rəhbəri millət vəkili, akademik Cəlal Əliyevdir. A.Hacıyev icalsın əsas mövzusunun yeni bitki sortlarının mühafizəsi haqqında olduğunu deyib.

Millət vəkili bu problemin də çox aktual olduğunu bildirib: "Xüsusən Azərbaycanda bu sahədə böyük işlər görülür. Akademikin yaratdığı yeni bitki sortları artıq bütün dünyaya yayılıb. Ən əsas isə bu intellektual mülkiyyətin necə qorunması məsələsi olacaq".

Xəbər lenti

Xəbər lenti