...

Azərbaycan prezidentinin səfərinə hazırlıq məqsədi ilə Azərbaycan nümayəndə heyəti Minskdə səfərdədəir

Siyasət Materials 13 Oktyabr 2006 21:04 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə ekspert qrupu Minskə yola düşüb. Hökumətdən Trend ə verilən məlumata görə, ekspertlərin səfəri Azərbaycan prezidentinin oktyabrın 17-18-də Belarus Respublikasına səfəri zamanı imzalanacaq sənədlərin hazırlanması ilə bağlıdır.

Hökumətdən bildiriblər ki, səfər çərçivəsində biznes forumun və ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi gözlənilmir. Belə ki, komissiyanın sonuncu iclası bu il Minskdə keçirilib. Növbəti görüşün isə 2007-ci ildə Bakıda baş tutacağı gözlənilir.

Azərbaycan və Belarus arasında ikitərəfli əlaqələrin strateji inkişaf istiqamətləri sənaye sahəsində, aqrar sektorda, energetika və nəqliyyat sahələrində müəyyən olunub. Sahibkarlıq strukturları və təsərrüfat subyektləri arasında əməkdaşlığın genişləndirilməsi yolları da müəyyən edilib. Ölkə başçısının Minskə səfəri çərçivəsində sahibkarlıq sahəsində hökumətlərarası sazişin imzalanması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti