...

Qarabağ Azadlıq Təşkilatının fəalları Fransa səfirliyi qarşısına qara qərənfillər düzüblər

Siyasət Materials 19 Oktyabr 2006 17:43 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qurumun fəal üzvləri ilə birlikdə oktyabrın 19-da Fransanın Azərbaycandakı səfirliyinin qarşısına gələrək, növbəti dəfə öz etirazlarını bildiriblər. Trend in məlumatına görə, bu dəfə fərqli etiraz formasından istifadə olunub.

Aksiya iştirakçıları səfirliyin qarşısına qara rəngə boyanmış qərənfillər düzüb və bununla Fransanın rüsvayçı hərəkətinə öz münasibətlərini bildiriblər. Sonra QAT-ın etiraz bəyanatı səfirliyə təqdim olunub.

Sənəddə deyilir ki, Fransa qədim dövlətçilik və respublikaçılıq ənənələrinə malik, demokratiya, azadlıq ideyalarının beşiyi olmuş, həmişə insan haqlarının yüksək səviyyədə qorunması ilə fəxr etmiş bir dövlət kimi həm də hər zaman yeni fikir və düşüncə cərəyanlarının yaranıb təşəkkül tapdığı ölkə kimi tanınıb. Lakin təəssüf ki, bu cür ənənələrə malik olan bir ölkə bu gün bir qrup erməni lobbisinin əlində oyuncağa çevrilib, məntiqə, normal düşüncəyə sığmayan mürtəce, rüsvayçı qanunlar və qərarlar qəbul etməyə başlayıb.

"Erməni lobbisinin sifarişi ilə saxta "erməni soyqırımı"na dair qərar qəbul edən, insan haqlarını kobud şəkildə tapdalayan Fransa artıq demokratiya, azadlıq, bərabərlik ideyalarının beşiyi hesab oluna bilməz. Azad, demokratik, sivil Fransa artıq yoxdur, vəfat edib. Bu münasibətlə sizə, bütün fransız xalqına, sivil dünyaya dərin hüznlə başsağlığı veririk"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti