...

Milli məclisin növbəti toplantısı keçirilir

Siyasət Materials 20 Oktyabr 2006 14:00 (UTC +04:00)

Milli Məclisin oktyabrın 20-də növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. İlk olaraq "Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında" birgə bəyannəmənin, "Azərbaycan Respublikası höküməti və Koreya Respublikası höküməti arasında hava əlaqələri haqqında" sazişin təsdiq edilməsi barədə Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası daimi komissiyasının sədri Səməd Seyidov çıxış edib.

S.Seyidov hər iki sənəddə dövlətlərarası münasibətlərin öz əksini tapdığını qeyd edib. Sənəd müzakirəsiz qəbul edilib. Daha sonra deputatlar "İnformasiya əldə etmə haqqında" AR qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə sənədi müzakirə ediblər. Uzun sürən müzakirələrdən sonra sənəd qəbul olunub.

Onu da bildərək ki, sənəd MM-in 4 daimi komissiyasında müzakirə olunub. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə sənəd müzakirələrdən sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti