...

Azay Quliyev ATƏT-in Vyanada keçiriləcək müşavirəsində iştirak edəcək

Siyasət Materials 30 Oktyabr 2006 14:10 (UTC +04:00)

Milli məclisin deputatı, Milli QHT Forumunun prezidenti Azay Quliyev noyabrın 2-3-də ATƏT-in Vyanada "Effektiv təmsilçilik vasitəsilə demokratiyanın möhkəmləndirilməsi" mövzusunda keçiriləcək müşavirədə iştirak edəcək. Bu barədə Trend ə Milli QHT Forumundan məlumat verilib.

Müşavirədə demokratik cəmiyyətdə qanunvericilik yaradıcılığı və qanunlara giriş imkanları sessiyası çərçivəsində Azay Quliyevin "qanun və qərarların qəbulunda qeyri-hökumət təşkilatlarının iştirakı haqqında Azərbaycan təcrübəsi" mövzusunda çıxış etməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti