...

AZERDER başçısı: Türkiyə və Azərbaycan "Bir millət – iki dövlət" prinsipinə sadiq olmalıdırlar

Siyasət Materials 30 Oktyabr 2006 15:58 (UTC +04:00)

Biz inanırıq ki, Türkiyə hər zaman dünya arenasında Azərbaycanın mövqelərini dəstəkləyəcək. Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Respublika Gününün 83-cü ildönümü münasibətilə tədbirlərdə çıxış edən Manisa şəhəri Həmrəylik və Mədəniyyət Cəmiyyətinin (AZERDER) başçısı Seyfəttin Ayakyay bildirib.

Onun sözlərinə görə, bəzi qabaqcıl dünya dövlətləri, ilk növbədə Fransa, ermənilərin türk xalqına qarşı etdikləri cinayət faktlarını görməməyə üstünlük verirlər. "Biz belə qlobal miqyaslı yalan təzahürlərə müqavimət göstərməliyik. Eks-prezident Heydər Əliyevin vəsiyyət etdiyi kimi, Türkiyə və Azərbaycan "Bir millət - iki dövlət" prinsipinə sadiq olmalıdır", - deyə S.Ayakyay bildirib və vurğulayıb ki, azərbaycanlılar hər zaman türk qardaşlarına köməklik göstərib və Çanaqqaladakı tarixi döyüş buna misaldır.

Cəmiyyətin başçısı Manisa sakinlərini Osmanlı imperiyasında qondarma erməni soyqırımı haqqında təbliğatın qarşısının alınması üzrə fəal kampaniyaya qoşulmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti