...

Rusiya Azərbaycan ərazisindən keçməklə Tbilisidəki əlavə eşelonlarını çıxarır

Siyasət Materials 2 Noyabr 2006 19:23 (UTC +04:00)

İlin sonunadək Tbilisi qarnizonunda Rusiyanın heç bir hərbi qulluqçusu qalmayacaq: onların hamısı Gürcüstandan çıxarılacaq. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Qafqaz hərbi dairəsinin /ŞQHD/ komandanı, ordu generalı Aleksandr Baranov məlumat verib.

Onun sözlərinə görə, Tbilisi hərbi qarnizonunun ərazisindən cəmi yüz vahid texnika, 350 ton əmlak və döyüş sursatı çıxarılacaq. İki dəmir yolu eşelonu Rusiya ərazisinə aparılacaq, daha iki eşelon - Azərbaycandan keçəcək.

Komandan qeyd edib ki, ordunun çıxarılması əvvəllər 2006-cı il üçün təsdiq olunmuş plandan xaric həyata keçirilir. Bu plan hələ iki ay bundan əvvəl yerinə yetirilib. Ordunun çıxarılması qərarının tezləşdirilməsi "gürcü tərəfinin qoyduğu şərtlər səbəbindən Tbilisi qarnizonunda xidmətin davam etdirilməsinin mümkün olmaması ilə" bağlıdır.

RF HQ Tbilisi qarnizonunun vaxtından əvvəl çıxarılması RF Müdafiə Nazirliyinin başçısı Sergey İvanovun göstərişi ilə həyata keçirilir. "Mən Tbilisi qarnizonunun vaxtından əvvəl çıxarılması haqqında qərar qəbul etdim və müvafiq əmri imzaladım. Bu, 387 hərbi qulluqçu və 484 vətəndaşdır", - deyə o, oktyabr ayında bildirib. "Onlardan 300-ü Gürcüstan vətəndaşıdır. Onlar işlərini və Rusiyanın verdiyi əmək haqqını itirəcəklər", - deyə baş nazirin müavini qeyd edib. "Mən gürcü rəhbərliyinin ağıllı siyasəti nəticəsində bizim hərbçilərimizi Gürcüstanda qoya bilmərəm", - deyə İvanov izah edib. Bu zaman o vurğulayıb ki, Gürcüstandakı iki digər Rusiya bazası onun ərazisindən plan üzrə, qrafikə uyğun şəkildə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti