İlin sonunadək MDB-nin Belarus paytaxtı və Qazaxıstan paytaxtında iki sammiti keçiriləcək. Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə RF-nin Belarus Respublikasındakı səfiri Aleksandr Surikov məlumat verib.
"Məndə olan məlumatlara görə, sammit Minskdə və Astanada keçiriləcək", - deyə səfir bildirib. Onun sözlərinə görə, Belarus paytaxtında keçiriləcək sammit təxminən noyabrın 28-də baş tutacaq və işgüzar xarakter daşıyacaq. Birliyin dövlət başçılarının Qazaxıstandakı görüşü isə, yəqin ki, dekabr ayında keçiriləcək və yubiley tarixinə - MDB-nin 15 illiyinə həsr olunacaq. Bu barədə İTAR-TASS xəbər verir.