...

Spiker: Polşalı sahibkarların maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür

Siyasət Materials 8 Noyabr 2006 15:52 (UTC +04:00)

"Mən Azərbaycan və Polşa arasında iqtisadi sazişlərin imzalanması üçün əlimdən gələni edəcəyəm". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 8-də keçirilmiş mətbuat konfransında Polşa Senatının spikeri Boqdan Boruseviç bəyan edib.

O qeyd edib ki, Polşa milli sərgisində (Poland Expo) ölkənin 50-dən çox şirkətinin məhsulları nümayiş etdirilib. Onlar Azərbaycanın iqtisadiyyatına böyük maraq göstərir. Bu şirkətlərin 10%-i artıq Azərbaycanda əlaqələr qurub. B.Boruseviç vurğulayıb ki, Azərbaycan Polşa üçün təkcə enerji sektorunda perspektiv bazar deyil.

Mətbuat konfransında iştirak edən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov əlavə edib ki, Poland Expo sərgisi ölkənin işgüzar şəxsləri üçün maraqlı imkanlar açır. Sərgi zamanı artıq bir firma ilə saziş imzalanıb. O bildirib ki, Azərbaycan-Polşa münasibətləri tarixi köklərə malikdir. Azərbaycan prezidenti və hökuməti bu ölkə ilə əməkdaşlıqda maraqlıdır. "Polşalı iş adamlarının maraqları Azərabycanın maraqları ilə üst-üstə düşür", - deyə spiker nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti