Azərbaycan Milli Məclisinin deputatları Nizami Xudiyev və Rafael Cəbrayılov Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşaya yola düşüb. Bu barədə Trend ə Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd noyabrın 15-də ŞKTC-nin yaranmasının 23-cü ildönümü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etməkdən ibarətdir. Səfər çərçivəsində respublika rəhbərliyi ilə görüşlər keçiriləcək.
Səfər noyabrın 18-də başa çatacaq.