...

Azərbaycanın Rusiyadakı səfirliyində Kərim Kərimovun xatirə gecəsi keçirilib

Siyasət Materials 15 Noyabr 2006 10:49 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyində Kərim Kərimovun xatirə gecəsi keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində demək olar ki, əsrin dörddə birində kosmonavtların uçuşuna xeyir-dua vermiş, özünü isə bütün dünyanın kino və telekadrlarda gördüyü Kərim Kərimovun xatirə gecəsi keçirilib. Bütün kosmonavtlar uçuşdan əvvəl və Yerə qayıtdıqdan sonra məhz Kərimova raport verirdi: "Yoldaş Dövlət Komissiyasının sədri...". Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

"K.Kərimov vəzifəsi ilə əlaqədar uzun illər ictimaiyyət üçün qapalı olub. O, keçmiş ölkəmiz, onun şöhrəti və müdafiə qabiliyyəti üçün böyük işlər görmüş şəxslərdən biri olub", - deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu vurğulayıb. "Bu işlər təkcə Sovet İttifaqı üçün deyil, həm də bütün bəşəriyyət üçün görülüb. Kosmonavtlar bütün bəşəriyyət naminə həyatlarını təhlükə altında qoyub, gələcək nəsillər üçün təcrübə toplayıb və öz həyatlarını bu çətin işə həsr edib", - deyə o bildirib.

"Biz fəxr edirik ki, xalqımızın nümayəndəsi yeni səhifə açmış, kosmonavtika şöhrətini yaratmış insanların ön sıralarında olub", - deyə səfir qeyd edib.

K.Kərimovun dostları və yoldaşları - raket-kosmik sistemləri üzrə baş konstruktor Zaxar Brodski, raket-kosmik sistemlər üzrə baş konstruktorun müavini Boris Çertok, kosmonavt Georgi Qreçko, kinodramaturq Rüstəm İbrahimbəyov, "Tam məxfi general" kitabının müəllifi Yekaterina Beloqlazova da kosmosun öyrənilməsində onun verdiyi töhfədən söz açıb.

Rusiya Kosmonavtika Federasiyası K.Kərimovun doğum günü münasibətilə "yerli komsmonavtika qarşısında xidmətlərinə görə" xatirə medalları buraxıb.

K.Kərimov 25 ilə yaxın müddətdə idarəetmə uçuşları proqramı üzrə Dövlət Komissiyasının işinə, o cümlədən "İldırım-1", "Meteor" kosmik aparatların və "Zenit" raket kompleksinin sifarişçisi kimi çıxış edən idarəyə rəhbərlik edib. Bundan başqa o, Ayın öyrənilməsi üçün "Soyuz" idarəetmə gəmilərinin istehsalına da başçılıq edib.

Xəbər lenti

Xəbər lenti