...

Naxçıvanda "Turizm, inkişaf və perspektivlər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Siyasət Materials 20 Noyabr 2006 13:00 (UTC +04:00)

Bu gün Naxçıvan şəhərində "Turizm, inkişaf və perspektivlər" adı altında beynəlxalq konfrans öz işinə başlayıb. Trend in Naxçıvan bürosu xəbər verir ki, konfrans Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması və təbliği məqsədilə təşkil olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin binasında baş tutan tədbirdə Türkiyə və İran İslam Respublikasından gələn nümayəndə heyətləri tərkibində turizm şirkətlərinin nümayəndələri, Qars, Ərzurum və İqdır mədəniyyət və turizm şöbələrinin rəhbərləri, o cümlədən yerli nümayəndələr iştirak edir.

Beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasının turizm imkanları mövzusunda çıxışlar səsləndirilib. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Konfrans sabah başa çatacaq. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən Trend ə bildiriblər ki, sabah Möminə Xatun türbəsi, Naxçıvan Duz Mədəni, Fizioterapiya xəstəxanası, "Əshab-ül Kəhf" ziyarətgahı ilə tanışlıq olacaq. Proqrama əsasən, nümayəndə heyəti Şahbuz rayonunda olan meşələrin, o cümlədən "Batabat" qoruğunun turizm imkanlarını öyrənəcəklər.

Xəbər lenti

Xəbər lenti