...

GUAM MƏK-ın növbəti iclasının ilkin tarixi müəyyən edilib

Siyasət Materials 21 Noyabr 2006 15:19 (UTC +04:00)

"GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ın Milli Əlaqələndiricilər Komitəsinin növbəti iclası noyabrın 27-də Borjomidə keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi Səbuhi Temirov məlumat verib.

Görüşdə təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Diplomatlar təşkilata üzv ölkələrin XİN başçıları Şurasının sentyabrın 24-25-də Nyu-Yorkda qəbul etdiyi qərarların gerçəkləşdirilməsi üzərində işləməlidir.

Milli Əlaqələndiricilər Komitəsinin iclasında təşkilata üzv olan bütün ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Bu görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti