...

Müsavat Partiyasının növbəti dəfə yürüş-mitinq keçirmək planı baş tutmadı

Siyasət Materials 27 Noyabr 2006 12:36 (UTC +04:00)

Müsavat Partiyasının noyabrın 26-na təyin etdiyi yürüş-mitinq baş tutmadı. Trend in məlumatına görə, bu səbəb Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə mənfi cavab verməsidir.

Müsavat Partiyası metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" kinoteatrı qarşısındakı meydanadək yürüş-mitinq keçirmək barədə üç dəfə dalbadal Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin üçüncü dəfə də paytaxt rəhbərliyi həmin ünvanda aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb.

Müsavatçılar razılaşdırılmamış yürüş-mitinqə cəhd göstərməməyi qərara alıblar. Partiyanın hüquqşünası Osman Kazımov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu qərarlarından məhkəməyə şikayət verəcək, ölkə daxilində bütün instansiyaları keçdikdən sonra Avropa Məhkəməsinə şikayət olunacaq.

Xatırladaq ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti