...

Sankt-Peterburqdakı baş konsul: "Azərbaycan və Rusiya hökumətlərinin münasibətlərində gərginlik olacağını düşünmürəm"

Siyasət Materials 5 Dekabr 2006 16:09 (UTC +04:00)

"Rusiya ilə Azərbaycan hökumətlərinin münasibətlərində gərginlik olacağını düşünmürəm. Rusiya qazının qiymətinin artılırması qərarından sonra ölkələr arasında münasibətlərə dair fikirlər səsləndirərkən hadisələr bir qədər şişirdilir". Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Rusiyanın "Exo" radiostansiyasına verdiyi müsabihəsində belə deyib.

Rusiya hökumətinin Azərbaycana nəql etdiyi qazın qiymətini artırmasından sonra Azərbaycan prezidentinin öz hökuməti ilə müşavirədə Bakı-Novorosiysk kəməri ilə neftin nəqlinin dayandırılması imkanlarının gözdən keçirilməsi barədə fikirlərinə dair baş konsula sual verilib. Ondan bu məsələlərin ölkələr arasında gərginlik yarada bilib-bilməyəcəyi soruşulub. Q.Osmanov deyib ki, ölkələrarası gərginliyin perspektivinə inanmır: "Rusiya ilə Azərbaycanın münasibətlərində gərginlik olacağını düşünmürəm. Hər iki ölkənin rəhbərləri də dəfələrlə vurğulayıblar ki, Azərbaycan və Rusiya tərəfdaş ölkələrdir. Qazın qiymətinin artırıması, həmçinin Bakı-Novorosiysk kəməri ilə neftin nəqli məsələləri ətrafında söhbətlər şişirdilir. Bu, o demək deyil ki, bu məsələlər öz həllini tapmayacaq. Əksinə, Rusiya ilə Azərbacyan arasında əlaqələr günü-gündən genişlənir"-deyə baş konsul vurğulayıb.

Q.Osmanov həmçinin qeyd edib ki, Azərbaycanın həm Rusiya, həm də Gürcüstanla ayrı-ayrılıqda öz əlaqələri var. Hətta GUAM çərçivəsində belə Rusiyanın maraqları gözlənilir.

Müsahibəsində Q.Osmanov Dağlıq Qarabağ probleminə də toxunub, 1 milyon azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşdüyünü deyib. Baş konsul erməni separatçılarının 10 dekabrda Dağlıq Qarabağda referendum keçirmək planlarına da toxunub. Qeyd edib ki, bu, sülh danışıqları prosesinə əngəl törədir: "Dağlıq Qarabağın yerli sakinləri olan azərbaycanlılar qovulublar. Belə "referendum" heç kimə və heç nəyə lazım deyil. Hətta Ermənistanın keçmiş xarici işlər naziri Arzumanyan rəsmi açıqlasında deyib ki, belə tədbirlər danışıqlar prosesinin nəticələrinə mənfi təsir göstərir. Ümumiyyətlə, 1920-ci ildə sovet hökuməti qurulandan sonra Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi yanlış idi. Halbuki həmin vaxt əhalinin 50 faizdən çoxu azərbaycanlılar idi. Rusiyanın bir sıra yerlərində çoxlu sayda ermənilər yaşayır. Belə çıxır ki, neçə illərdən sonra onlara muxtariyyət verilməlidir?"

Xəbər lenti

Xəbər lenti