...

Azərbaycan XİN başçısı: Qondarma referendumun keçirilməsi niyyəti kimi təxribatlarla erməni tərəfinin səmimiliyi sual altında qalır

Siyasət Materials 5 Dekabr 2006 17:58 (UTC +04:00)
Azərbaycan XİN başçısı: Qondarma referendumun keçirilməsi niyyəti kimi təxribatlarla erməni tərəfinin səmimiliyi sual altında qalır

Qondarma referendumun keçirilməsi niyyəti kimi təxribatlarla erməni tərəfinin səmimiliyi sual altında qalır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİNŞ-in 14-cü toplantısında bildirib.

Biz BMT Baş Assambleyasının qətnaməsini nəzərdən keçiririk. Qətnamə Azərbaycanın yanğından ziyan görmüş ərazilərində ATƏT -in Ekoloji dəstək missiyası tərəfindən iştirakçı-ölkənin qarşılaşdığı son dəcərə mühüm və mürəkkəb problemə sürətli və səmərəli, praktiki reaksiyanın yaxşı nümunəsi kimi dəstəklənir.

"Biz missiyanın hesabatının BMT Baş Assambleyasına və üzv-ölkələrə vermək üçün fəaliyyətdə olan sədrə müraciət edirik. Biz təşkilatları və BMT proqramlarını yanmış ərazilərdə uzunmüddətli ekoloji əməliyyatlara birgə hazırlıq prosesinə başlamağa çağırırıq", - deyə E.Məmmədyarov bildirib.

"Çox təəssüf ki, mən indiyədək bu ruh yüksəkliyini Azərbaycan və Ermənistan arasında münaqişənin həllinin bütün prosesinə şamil edə bilmirəm. Bu il ATƏT Minsk qrupu həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin və cəlb edilmiş tərəflərin nümayiş etdirdiyi artan fəallığa baxmayaraq, biz indiyədək münaqişələrin qəti həllinə nail ola bilməmişik", - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

O həmçinin vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Nizamlanma prosesinin müvafiq mərhələsində bu məsələni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin bütün əhalisi ilə müzakirə etmək mümkün olacaq. "Demokratiya, qanunun hakimliyi və insan hüquqları standartlarına əsaslanaraq, biz inanırıq ki, statusun müəyyənləşdirilməsi prosesi bölgənin azərbaycanlı və erməni icmalarından ibarət bütün əhalisinin birbaşa və tam iştirakı ilə bərabər hüquqlu əsasda baş verə bilər", - deyə nazir bildirib.

"Qondarma referendumun keçirilmə niyyəti kimi təxribatlarla erməni tərəfinin səmimiliyi sual altında qalır. Bu, erməni tərəfinin qanunsuz hərəkətlərinin nəticələrini gücləndirmək və maskalamaq cəhdi kimi atdığı daha bir qeyri-konstruktiv addımdır. Azərbaycan heç vaxt bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün davam edən səylərə qarşı çıxan erməni tərəfinə qarşı belə qanunsuz addım atmaz", - deyə Azərbaycan XİN başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti