...

Xaricdə yaşayan həmvətənlərimizə hüquqi yardım üzrə qanunvericiliyə əlavə və dəyişikliklər irəli sürülüb

Siyasət Materials 15 Dekabr 2006 16:25 (UTC +04:00)

Azərbaycan respubliksı konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşlarının XİN-də təşkil olunmuş birinci iclasında xaricdə yaşayan həmvətənlərimizə hüquqi yardım göstərilməsi üzrə qüvvədə olan Azərbaycan qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürülüb. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat mərkəzindən məlumat veriblər.

İclasda Azərbaycanın 37 ölkədə olan diplomatik nümayəndə və konsulluqlarında çalışan konsulluq məsələləri üzrə məsul əməkdaşlar, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Sərhəd Xidməti və digər dövlət strukturlarının nümayəndələri iştirak edib, konsulluq fəaliyyətinin aktual məsələləri müzakirə edilib. Adı çəkilən nazirlik və dövlət orqanlarının çıxış edən əməkdaşları konsul xidməti sahəsində xaricdə yaşayan həmyerlilərimizə göstərilən hüquqi yardımın gələcəkdə təkmilləşdirilməsi ilə bağlı öz tövsiyələrini bildiriblər.

Ədliyyə Nazirliyinin müvafiq struktur bölmələrinin məsul nümayəndələri xarici ölkələrdə Azərbaycan vətəndaşlarının müraciətləri əsasında konsullarımız tərəfindən notarial əməliyyatların aparılması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin tərtib edilmsəi qaydaları və bu sırada digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Nazirlik nümayəndələri həmyerlilərimiz müalicə üçün, yaxud yaşamaq məqsədilə xarici ölkələrə gedərkən rastlaşdıqları təhsil, səhiyyə məsələləri ilə bağlı və xaricdə həddi-buluğa çatmış və həqiqi hərbi xidmətə yararlı Azərbaycan vətəndaşlarının konsulluq qeydityyatına alınması ilə bağlı məsələlər barədə iclas iştirakçılarına məlumat veriblər.

Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri isə konsullara Azərbaycan respublikasının təhlükəsizliynin müdafiəsi üçün tövsiyə xarakterli müxtəlif informasiyalar təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti