...

Rusiyanın Azərbaycandakı səfiri: Türkmənistanda vəziyyət çox mürəkkəbdir və qonşu ölkələrə təsir edə bilər

Siyasət Materials 21 Dekabr 2006 20:43 (UTC +04:00)

Yaxın vaxtlarda Türkmənistanda nə baş verəcəyini demək kifayət qədər çətindir. Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

Diplomat deyib: "Ölkənin başında bir adam dururdu, həmin adam artıq yoxdur. Türkmənistan Konstitusiyasına görə, onlar prezident seçkiləri keçirməlidirlər və prezidentin səlahiyyətlərini yerinə yetirən şəxs isə prezidentliyə namizədliyini irəli sürə bilməz". Onun fikrincə, vəziyyət çox mürəkkəbdir, lakin yaxın aylar, həftələr, günlər ərzində ölkədə liderlər, daha doğrusu, bir lider meydana çıxmalıdır ki, kursu bu və ya digər dərəcədə davam etdirsin. V.İstratov hesab edir ki, Türkməistanda hadisələrin gedişatı variantları həddindən artıq çoxdur və ölkə sərt çərçivələrdədir.

O qeyd edib ki, yaranmış vəziyyət qonşu ölkələrə təsir göstərməyə bilməz, lakin nə dərəcədə mənfi təsir göstərə bilər, bunu proqnozlaşdırmaq mümkün deyil.

Rusiyalı səfirin fikrincə, bu vəziyyət tez, ya da gec baş verməli idi və "budur, baş verdi və həmişə olduğu kimi gözlənilmədən".

Xəbər lenti

Xəbər lenti