...

ARDNŞ-in rəhbəri: "Azərbaycan Dövlət Neft şirkəti Gürcüstanda neft terminalı almaq niyyətindədir"

Siyasət Materials 30 Dekabr 2006 13:55 (UTC +04:00)
ARDNŞ-in rəhbəri: "Azərbaycan Dövlət Neft şirkəti Gürcüstanda neft terminalı almaq niyyətindədir"

Azərbaycanın dövlət neft şirkəti (ARDNŞ) Gürcüstanda Kulevm neft terminalını almaq barədə saziş imzalamaq niyyətindədir. Trend in verdiyi xəbərə görə, bu barədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildən şirkət bu obyektin tamhüquqlu sahibi olacaq. "ARDNŞ terminalın inkişafına böyük investisiyalar qoymağı planlaşdırır"-deyə o qeyd edib. Hazırda terminalın ərazisində tikinti işləri aparılır.

"2007-ci ilin I rübünün sonunda ARDNŞ ilk Azərbaycan neftinin terminala boşaldılmasına başlaya biləcək. Qara dəniz sahillərində neft emalı üzrə kompleksin və Qara dəniz hövzəsi ölkələrinə neft məhsullarının satışı təşkilatının yaradılması üçün Gürcüstan hökümətindən bütün razılıqlar alınıb. Hazırda YEO işlənməsi işləri aparılır"-deyə R. Abdullayev qeyd edib.

Yeni teminal 100 min dən artıq yük qaldıran tankeri qəbul edə və ilkin mərhələdə ildə 10 mln. ton, gələcəkdə isə 35 mln. ton maye neft yüklərini boşalda bilər.

Xəbər lenti

Xəbər lenti