...

YAP Nəsimi rayon təşkilatının qərərgahında hərbi xidmətə çağırılan gənclərlə görüş keçirilib

Siyasət Materials 15 Yanvar 2007 20:35 (UTC +04:00)

Trend xəbər verir ki, yanvarn 15-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında hərbi xidmətə çağırılan bir qrup gənc və onların valideynləri ilə görüş keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova görüşün əhəmiyyətindən danışaraq deyib ki, eks-prezident Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafına, eləcə də, güclü və müasir ordunun formalaşmasına geniş imkanlar yaradır. Adiyyəti orqanlar hərbi hissələrdəki mövcud problemlərin aradan qaldırılmasına ciddi səylər göstərirlər. Bununla belə, ictimaiyyətlə hərbi hissələr arasında birbaşa təmasın yaranmasına ehtiyac vardır. Tarixdən məlumdur ki, belə əlaqələr əsgərlərdə ruh yüksəkliyini artıran başlıca amildir. YAP Nəsimi rayon təşkilatı bu ənənəni davam etdirəcək və hərbi xidmətdə olduqları dövrdə, xüsusilə, Nəsimi rayonundan hərbi xidmətə yollanan əsgərlərə müntəzəm baş çəkəcəkdir.

Nəsimi rayon hərbi komissarının müavini polkovnik-leytenant Əli Ələkbərov çağırışçı gənclərin qarşısında duran şərəfli vəzifələrdən danışdı, şəhid Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə onlara xeyir-dua verdi.

Xəbər lenti

Xəbər lenti