...

Əfv Komissiyasının üzvü Elmira Axundova: "Mart ayında əfv fərmanı imzalana bilər"

Siyasət Materials 19 Yanvar 2007 14:01 (UTC +04:00)
Əfv Komissiyasının üzvü Elmira Axundova: "Mart ayında əfv fərmanı imzalana bilər"

Mart ayında əfv fərmanı imzalana bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova məlumat verib. Onun sözlərinə görə, Əfv Komissiyasına müraciət edənlərin sayı artıb. "Şəxsən mən 100-ə qədər müraciət almışam və onları araşdırıb komissiyaya təqdim etmişəm. Əfv Komissiyası hazırda həmin sənədlər üzərində işləyir", - deyə Elmira Axundova vurğulayıb.

Millət vəkili deyib ki, Əfv Komissiyasının iclasları davam edir və fevral ayında komissiyanın fəallaşacağı gözlənilir: "Əfv fərmanı imzalamaq isə, ölkə prezidentinin səlahiyyətlərinə daxildir."

Xəbər lenti

Xəbər lenti