...

Parlamenti nümayəndə heyətinin rəhbəri: "Yunanıstan Azərbaycanın Avropaya inteqrasiyasında körpü rolunu oynaya bilər"

Siyasət Materials 23 Yanvar 2007 14:10 (UTC +04:00)

Yanvarın 23-də Milli Məclisdə Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib. Trend in məlumatına görə, yunanıstanlı deputatlar əvvəlcə Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycan Milli Məclisinin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Hadı Rəcəbli qeyd edib ki, ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Yunanıstandır. 1992-ci ilin aprelin 2-də iki ölkə arasında diplomatik əlaqələr yaranıb. "Bu müddətdən keçən dövr ərzində 2 ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edib",- deyə, H.Rəcəbli vurğulayıb.

O, qeyd edib ki, Yunanıstan prezidenti də daxil olmaqla bu ölkənin yüksək vəzifəli şəxsləri Azərbaycana səfər ediblər və buradakı vəziyyətlə tanış olublar. H.Rəcəbli Azərbaycan Milli Məclisinin iş mexanizmi, qarşıda duran əsas vəzifələr, parlamentin ölkə həyatında oynadığı rol və səlahiyətləri, o cümlədən strukturu haqqında qonaqlara məlumat verib. O, bildirib ki. Azərbaycanlı deputatlar beynəlxalq təşkilatların işində fəal iştirak edirlər. H.Rəcəbli vurğulayıb ki, Azərbaycan Yunanıstanla parlamenlərarası əlaqələri genişləndirməsində maraqlıdır: "Biz istəyirik ki, bütün ölkərin qanunyaradıcılığı prosesini öyrənək və müsbət elementləri öz işimizdə tətbiq edək".

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən H.Rəcəbli bildirib ki, ölkənin əsas problemi Dağlığ Qarabağ münaqişəsidir və rəsmi Bakı bu problemin sülh yolu ilə həllində maraqlıdır və bunun üçün çalışır.

Yunanıstan parlamentinin nümayəndə heyətinin rəhbəri Xarakopulos Maksimus isə qeyd edib ki, Azərbaycana səfər etməkdən məmnundurlar və belə görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir edəcəyinə inanırlar. "Biz bu bölgədə sülhün olmasını istəyirik. Yunanıstan Azərbaycanın Avropaya inteqrasiyasında körpü rolunu oynaya bilər", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti