...

Nəqliyyat nazirliyi: "Bu gün Azərbaycan və Gürcüstan ekspertləri Bakı-Tiflis-Qars layihəsi üzrə kredit sazişinin mətnini razılaşdıracaq"

Siyasət Materials 23 Yanvar 2007 17:07 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə ekspertləri Bakı-Tiflis-Qars dəmiryolu marşrutunın açılışı üzrə kredit sazişinin mətnini razılaşdırmalıdır. Bu barədə Trend ə Azərbaycan Nəqliyyat nazirliyindən xəbər veriblər.

Nazirlik nümayəndələrinin söylədiyinə gbörə, Azərbaycan Gürcüstana faiz qoyuluşu 1% olmaqla 200 mln $ məbləğində kredit verəcək.

"Bu kredit kredit alanlar qismində çıxış edən gürcü təşkilatlarının əmiəliyyat xərcləri (istismar xərcələri) istisna olmaqla gəlirlər hesabına geri qaytarılacaq"-deyə Nəqliyyat nazirliyindən söyləyiblər.

Dəmir yolu tikintisinin detallarını müzakirə etmək üçün dəmir yolu idarəsinin rəisi İrakli Ezukbayanın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyəti Bakıdadır. Nümayəndə heyətinin tərkibinə Gürcüstanın Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri də daxildir.

Bakı-Tiflis-Qars dəmiryolu nəqliyyat dəhlizinin yaradılması layihəsinə 68 km-i Türkiyə ərazisinin, 30 km-i Gürcüstan ərazisinin payına düşən 98 km uzunluqda Qars-Axalkalaki qolunun tikintisi daxildir. Həmçinin müəyyən bərpa işləri Axalkalaki -Tiflis sahəsində də zəruridir.

Xəbər lenti

Xəbər lenti