...

Bakı Şəhər Baş Polis İdarəsində "Azadlıq" blokunun nümayəndələrinə xəbərdarlıq edilib

Siyasət Materials 25 Yanvar 2007 12:43 (UTC +04:00)

"Azadlıq" blokunun yanvarın 26-a təyin etdiyi etiraz aksiyası ilə bağlı tədbirin təşkilatçıları ilə bu gün-yanvarın 25-də Bakı Şəhər Baş Polis İdarəsində görüş keçirilib. Bu barədə Trend ə mitinq komitəsinin üzvü Həsən Kərimov məlumat verib.

"Azadlıq" blokunun 3 nəfər nümayəndəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, İdarənin ictimai asayişin mühafizəsi idarəsinin rəisi Şamil Seyidli və prokurorluğun bir nümayəndəsi söhbət aparıblar. Polis rəsmiləri aksiya təşkilatçılarına Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə vermədiyini xatırladıb və buna görə də tədbirin qarşısının alınacağını deyiblər. "Azadlıq" blokunun nümayəndələri isə Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz cavab verdiyini və bu aksiyanı keçirməkdə israrlı olduqlarını bildiriblər.

Qeyd edək ki, müxalifəti təmsil edən "Azadlıq" bloku Azərbaycanda qiymətlərin bahalaşmasına etiraz olaraq sabah paytaxtın mərkəzi yerlərindən birində piket keçirməyə qərar verib.

Xəbər lenti

Xəbər lenti