...

İqdırla sərhədlərin açılması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməlidir

Siyasət Materials 29 Yanvar 2007 13:21 (UTC +04:00)
İqdırla sərhədlərin açılması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməlidir

Biz Ermənistanla sərhədləri açmaq istəmirik. Trend xəbər verir ki, bu barədə Azərbaycanın aparıcı KİV nümayəndələri ilə görüşdə Türkiyənin İqdır vilayəti ticarət-sənaye palatasının sədri Kamal Arslan bildirib.

Onun sözlərinə görə, İqdırın işgüzar dairələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması səbəbindən sərhədlərin açılmasını istəmir. Bundan başqa, Ermənistanın hələ də Türkiyəyə qarşı ərazi iddiaları var, Türkiyənin hazıkı sərhədlərini tanımır. Ermənistan həmçinin əsassız olaraq Osmanlı imperiyası dövründə ermənilərə qarşı törədilmiş qondarma "soyqırım" iddiası ilə çıxış edir. K.Arsalan bildirib ki, Ermənistanla sərhədləri açmaq üçün Ermənistan ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərini boşaltmalı, Türkiyənin hazırkı sərhədlərini tanımalı və əsassız olaraq irəli sürdüyü "soyqırım" məsələsindən imtina etməlidir. Haızrkı şərtlərlə isə biz sərhədləri açmaq istəmirik.

Xəbər lenti

Xəbər lenti