"Mən bildirmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qızıl imkan mövcuddur və bu, hələ də davam edir". Trend in məlumatına görə, bu sözləri Cənubi Qafqaza səfəri çərçivəsində fevralın 7-də axşam Azərbaycana gələn ATƏT PA sədri, qurumun DQ üzrə məruzəçisi Qoran Lenmarker Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Ermənistanda görüşlərdən sonra belə qənaətə gəlib ki, bu ölkədə mayın 12-də keçiriləcək parlament seçkilərinə qədər münaqişənin həllində heç bir irəliləyiş baş verməyəcək. Seçkidən sonra isə danışıqlar bərpa olunacaq. "Hazırda Ermənistanda seçkilərə qədər danışıqlarda heç bir irəliləyiş gözləmirlər".
Q.Lenmarker bildirib ki, hazırladığı məruzədə DQ münaqişisinin həlli üçün əsas prinsiplərin taplmasının vacibliyi əks olunub. Ola bilsin ki, məruzədəki elementlərdən hansısva Azərbaycan və Ermənistanın xoşuna gəlməsin.
ATƏT PA sədri deyib ki, indi Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinə diqqət yetirilməlidir. "Münaqişənin həlli üçün hər iki ölkəni qane edən variant tapılmalıdır. Mən deməmişəm ki, Minsk qrununun formiatı dəyişdirilməlidir".