...

Bakıda təhlükəsizlik sektorunun demokratik şəkildə idarə edilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 9 Fevral 2007 15:32 (UTC +04:00)

Hollandiya hökumətinin dəstəyi ilə bu ölkənin Avropa Araşdırmalar İnstitutu və Azərbaycanın Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 14-dən 17-dək Bakıda müdafiə və təhlükəsizlik məsələsinə dair beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə açıqlamasında Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva məlumat verib.

L.Əliyeva deyib ki, konfransda təhlükəsizlik sektorunun demokratik şəkildə idarə olunması məsələsi müzakirə olunacaq.

Onun sözlərinə görə, Avropa Araşdırmalar İnstitutu müdafiə və təhlükəsizlik məsələsi ilə bağlı xüsusi proqram həyata keçirir. Artıq Gürcüstan, Moldova, Ruminiya və Bolqarıstanda bu proqramın reallaşdırılması başa çatıb. Ermənistanda isə bu proqram hazırda həyata keçirilir.

L.Əliyeva bildirib ki, sözügedən proqram üç təlimdən ibarətdir. Birinci təlim müdafiə sektoru üçün nəzərdə tutulub.

Bundan başqa icma adı altında həm rəsmi şəxslər, həm qeyri-hökumət təşkilatları və jurnalistlər üçün təlimlər keçiriləcək.

Mərkəz rəhbərinin sözlərinə görə, konfrans çərçivəsində fevralın 14-də
keçiriləcək tədbirə hökumət, qeyri -hökumət təşkilatlarının nümayəndələri və diplomatlar dəvət olunublar.

"Hollandiyanın keçmiş müdafiə naziri, və sabiq millət vəkili, Qərbi Avropa Birliyinin eks-baş katibi Lin van Eykilen, Avropa Təhlükəsizlik və Araşdırmalar Mərkəzinin direktoru, Macarıstanın Hərbi Qüvvələrinin sabiq baş qərərgah rəisi Zolton Stener və bir qrup mütəxəssis konfransda iştirak etmək üçün Bakıya gələcəklər", deyə mərkəz rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti