...

Fevralın 13-də Parisdə AŞPA-nın Siyasi işlər Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 12 Fevral 2007 19:40 (UTC +04:00)

Fevralın 13-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat veririlb.

İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə iştirak edəcək.

İclasda Avropada insan hüquqlarının və demokratiyanın durumu, Orta Asiyada, Orta Şərqdə vəziyyət, İranın nüvə proqramı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə Aydın Mirzəzadə çıxış edəcək, gündəliyə çıxarılacaq məsələlərə münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti