...

YAP funksioneri Ə.Əhmədov: "Müxalifət partiyalarının indiyədək tutduqları yolun səhv olduğunu həyat onlara göstərib"

Siyasət Materials 14 Fevral 2007 17:17 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bütün siyasi partiyalar arasında normal, sivil münasibətlərin formalaşmasına ehtiyac görür və belə bir mühitin yaradılmasının tərəfdarıdır. Trend in məlumatına görə, bu barədə fikirlərini jurnalistlərə YAP-ın icra katibi və sədr müavini Əli Əhmədov açıqlay ıb.

Əli Əhmədov qeyd edib ki, müxalifət düşərəsində siyasi iflas, insanların onlara inamının itməsi prosesi gedir. Həmçinin bildirib ki, siyasi qüvvələr arasında dialoqun baş tutması üçün hər bir kəs bəyanatla çıxış etməməli, buna praktiki hazır olduğunu nümayiş etdirməlidir: "YAP-a böhtanlar ataraq sonra onu dialoqa dəvət etmək o qədər də konstruktiv mövqe deyil. Biz belə mövqeyin səhv olduğunu bəyan etmişik. Təəssüf ki, müxalifət partiyaları düzgün, konstruktiv mövqeyin nədən ibarət olduğunu dərk edə bilmirlər. Konstruktivizm siyasi qüvvələr arasında dialoq ab-havasının yaranmasına da xidmət edəcək. Biz sağlam əsaslarla dialoq qurulmasını perkspektivli hesab edirik"-deyə YAP funksioneri qeyd edib.

Ə.Əhmədov vurğulayıb ki, müxalifət partiyalarının indiyədək tutduqları yolun səhv olduğunu həyat onlara göstərib. YAP funksionerinin fikrincə, müxalifətçilər bu səhv strategiyadan nə qədər tez yaxa qurtarsalar, o qədər yaxşı olar.

Xəbər lenti

Xəbər lenti