...

Avropa Şurasının insan haqları üzrə komissarı martda Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Fevral 2007 10:52 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı martda Azərbaycana səfər edəcək

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Xammarberq mart ayında Azərbaycana səfər edəcək. Xammarberqin Tbilisidəki brifinqdə verdiyi xəbərə görə, bölgədə qaçqınların problemlərinin həllinə müxtəlif yanaşmalar var və hər bir ölkə bu məsələni öz bildiyi kimi həll edir.

"Son vaxtlar Azərbaycanda da qaçqınların problemlərinə yanaşma dəyişib, orada son vaxtlar dərk ediblər ki, qaçqınlar həyatın dözülməz olduğu şəraitdə yaşamamalıdırlar", - deyə Xammarberq bəyan edib.

Trend in xüsusi müxbiri xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan qaçqınların normal həyat şəraitinin təmin olunması barədə qərar qəbul edib. "Lazımi siyasi qərarların qəbul olunması üçün qaçqınlardan öz məqsədləri üçün istifadə etmək olmaz, onlar bu siyasətin əsirləri olmamalıdırlar", - deyə Xammarberq qeyd edib.

O qeyd edib ki, bütün bu problemlər onun Bakı səfəri zamanı müzakirə olunacaq. Orada o, ilk növbədə, qaçqınların yaşadıqları yerlərə baş çəkmək və onların yaşam şəraitini öyrənmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti