...

"Günəşli" yatağında qazmaya əsasən proqnoz iki dəfə artırılacaq

Siyasət Materials 22 Fevral 2007 20:52 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "Günəşli" yatağının azsulu hisssəində "Günəşli-13" platformasında qazılmış dördüncü quyunu istifadəyə verib. Bu barədə ADNŞ-dən məlumat verilib.

Quyunun sutkalıq debeti 300 min kub metr qaz təşkil edir. Quyu 3 157 metr dərinliyində qazılıb. Quyu "Bayıl Limanı" buruq idarəsi tərəfindən qazılıb.

ADNŞ buruq idarəsinin qazmaya əsasən bu il proqnozunu 2 dəfə artıraraq 60 700 metrə qaldırıb. Bu il 20 quyunun istifadəyə verilməsi proqnozlaşdırılıb. Ötən il buruq işlərinin nəticələrinə əsasən, "Günəşli" yatağından sutkalıq qaz hasilatı 6,7 milyon kub metrdən 10,7 milyon kub metrə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti