...

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovaya sonuncu xəbərdarlıq edilib

Siyasət Materials 28 Fevral 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovaya sonuncu xəbərdarlıq edilib. Trend in Qərb Bürosunun verdiyi məlumata görə, bu xəbərdarlıq bu gün Gəncədə keçirilən hesabat yığıncağında İcra başçısı Eldar Əzizov tərəfindən edilib.

E. Əzizov bildirib ki, Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova İcra Hakimiyyəti aparatının xəbəri olmadan şəhərin böyük kinoteatrlarından olan Nizami Kinoteatrının satılması barədə müvafiq orqanlara məktubla müraciət edib. "Nizami kinoteatrı şəhərin mərkəzində yerləşir və orada tez-tez müxtəlif tədbirlər keçirilir. Mina Məlikovanın bu addımı nəyə görə atdığı hələlik məlum deyil. Biz hüquq mühafizə orqanlarına müraciət etmişik. Məsələ araşdırılacaq. Əgər bu məktubun arxasında hansısa bir maraq varsa, onda M. Məlikova layiqli cəzasını alacaq", - deyə deyə E. Əzizov bildirib.

M. Məlikova isə bildirib ki, atılan bu addım düşünülməmiş olub və o, bundan sonra bir daha belə addımın atılmayacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti