...

MAQATE təmsilçisi Azərbaycana gəlib

Siyasət Materials 1 Mart 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend E.Hüseynli/ MAQATE-nin Azərbaycanda həyata keçirilən layihələr üzrə baş meneceri Andrey Uçupov ölkəmizdə səfərdədir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. A.Qəribov bildirib ki, MAQATE təmsilçisinin səfərinin məqsədi bu il Azərbaycanda gerçəkləşdiriləcək birgə layihələrin müzakirələrini aparmaqdır. Səfər çərçivəsində A.Uçupov Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində görüşlər keçirəcək.

Qeyd edək ki, bu il Azərbaycan və MAQATE birgə 5 layihə həyata keçirəcək. Bunlardan 2-si Səhiyyə Nazirliyi, 1-i Fövqəladə Hallar Nazirliyi, 1-i Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1-i isə Radiasiya Problemləri İnstitutunda gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti