...

Azərbaycan Milli QHT Forumu WANGO-ya üzv qəbul olunacaq

Siyasət Materials 3 Mart 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/ Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Qeyri-Hökumət Təşkilatlarının Ümumdünya Asossiasiyasına (World Association of Non-Governmental Organizations) üzv olmaq üçün müraciət edib. Bu barədə Milli QHT Forumunun prezidenti Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, WANGO Milli QHT Forumunun müraciətini müsbət cavablandırıb və yaxın günlərdə bu quruma üzvlük məsələsi həllini tapacaq.

Qeyd edək ki, WANGO mərkəzi qərargahı ABŞ-da yerləşir və 94 ölkənin QHT-ləri bu quruma üzv qəbul edilib.

Xəbər lenti

Xəbər lenti