...

Millət vəkili Asim Mollazadə: "Azərbaycan tərəfi "Qəbələ" RLS-in icarə qiymətinə yenidən baxmalıdır"

Siyasət Materials 6 Mart 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan tərəfi Rusiyanın istifadəsinə verilən "Qəbələ" RLS-nin icarə qiymətinə yenidən baxmalıdır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətləri artdığına görə, "Qəbələ" RLS-nin icarə haqqı da dəyişməlidir.

A.Mollazadə hesab edir ki, "Qəbələ" RLS-nin Rusiyaya icarəyə verilməsini nəzərdə tutan sazişin müddəti başa çatandan sonra yeni bir müqavilənin imzalanmasına ehtiyac qalmayacaq. "Çünki Rusiya üçün bu stansiya hazırda o qədər də əhəmiyyətli deyil", -deyə deputat qeyd edib.

Onun fikrincə, Azərbaycan gələcəkdə bu stansiyanı özü işlətməli olacaq. Ona görə ki, o obyekt Azərbaycana məxsusdur. Ölkəmiz yeni texnologiyalar tətbiq etməklə "Qəbələ" RLS-ni öz mənafeyi üçün istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti