...

Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında kompleks fəaliyyət planı imzalandı

Siyasət Materials 13 Mart 2007 13:33 (UTC +04:00)
Azərbaycan və  Belarusun Fövqəladə Hallar nazirlikləri arasında kompleks fəaliyyət planı imzalandı

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 12-də Belarusun fövqəladə hallar naziri Ənvər Bariyevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. Bu gün qonaqlar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra Fövqəladə Hallar Nazirliyində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə halları naziri Ənvər Bariyev arasında təkbətək və geniş tərkibli görüşü keçirilib. Azərbaycanla Belarus arasında əlaqələrə toxunan Heydərov ötən ilin oktyabrında prezident İlham Əliyevin Belarusa səfəri zamanı hər iki ölkənin Fövqəladə hallar Nazirlikləri arasında "Əməkdaşlıq haqqında saziş"in imzalandığını qeyd edib. Sazişdə təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib. Belarusun müvafiq qurumunun nəzdində böyük elmi-tədqiqat institutlarının fəaliyyət göstərdiyini, həmin institutlarda müasir texnologiyalara uyğun yeni metodların işlənib hazırlandığını deyən Heydərov bu sahədə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edib.

Görüşdən sonra nazirlər tərəfindən 2007-2010-cu illər müddətində əməkdaşlıq barədə kompleks fəaliyyət planı və fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu haqqında əsasnamə imazalandı. Martın 16-dək davam edəcək səfər çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi məqsədilə yerlərdə Fövqəladə hallar Nazirliyinin qurumları ilə tanışlıq və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti