...

Sabiq dövlət müşaviri : Azərbaycan və Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazdakı münaqişələrin həllinə müsbət təsir göstərəcək

Siyasət Materials 13 Mart 2007 17:57 (UTC +04:00)
Sabiq dövlət müşaviri :  Azərbaycan və Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazdakı münaqişələrin həllinə müsbət təsir göstərəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ABŞ Azərbaycanı da NATO-da görmək istəyir. Gürcüstan parlamentinin NATO-ya üzv olmaqla bağlı qəbul etdiyi qərarı şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, rəsmi Tbilisinin belə bir addım atması gözlənilən idi. Rusiyanın Gürcüstana qarşı təzyiqləri artırma ehtimalına gəlincə, ekspert deyib ki, rəsmi Moskva indiyə qədər mümkün olan bütün təsir vasitələrindən istifadə edib. Quluzadə hesab edir ki, Rusiyanın bundan sonra Gürcüstana qarşı təzyiq göstərəcəyi inandırıcı deyil.

"Rusiya reallıqlarla barışmalı olacaq. İndi səsləndirilən bəyanatlar və danışıqların hamısı emosiyalardır. Əsilndə tam praqmatik və tarixi bir proses gedir", -deyə sabiq dövlət müşaviri bildirib.

O qeyd edib ki, keçmiş SSRİ-nin tərkibində olmuş və yeni müstəqillik qazanan bütün ölkələr ABŞ-ın təsiri altına keçəcəklər və NATO-ya daxil olacaqlar. Politoloqun qənaətinə görə, rəmsi Moskva da bunu yaxşı başa düşür və baş verənlərlə barışmalıdır.

NATO-ya qəbul məsələsini qurumun rəhbərliyinin və ABŞ-ın müəyyən etdiyini vurğulayan ekspert deyib ki, belə bir qərar veriləndən sonra Azərbaycan da alyansın üzvü olacaq: "ABŞ Azərbaycanı NATO-da görmək istəyir. Çünki Azərbaycanın ərazisi geostrateji əhəmiyyət kəsb edir və o, Xəzəryanı dövlətlər arasında ən əhəmiyyətli ölkədir. Vaşinqton bütün Xəzəryanı ölkələri öz təsiri altına alacaq və Azərbaycan da NATO-nun üzvü olacaq."

Quluzadənin fikrincə, Azərbaycan və Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazdakı münaqişələrin həllinə müsbət təsir göstərəcək. Hələlik rəsmi Moskvanın Azərbaycan və Gürcüstanın NATO-ya üzv olmasına müqavimət göstərdiyini qeyd edən ekspertin qənaətincə, Rusiya bununla Cənubi Qafqazda yaratdığı münaqişələrin həllini əngəlləmək istəyir.

"Amma Azərbaycan və Gürcüstanın NATO-ya qəbul olunması tam başa çatandan sonra Rusiyanın bu münaqəşələrə marağı sıfıra enəcək. Bundan sonra Cənubi Qafqazdakı münaqişələr müsbət şəkildə, ədalət və qanun əsasında həll olunacaq."

Xəbər lenti

Xəbər lenti