...

Polşa prezidenti Azərbaycana martın 30-da gələcək

Siyasət Materials 27 Mart 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Polşa prezidenti Lex Kaçinski (Lech Kaczynski) martın 30-31-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Polşa prezidentinin mətbuat katibi Tomaş Bzejinski məlumat verib.

Polşa prezidenti martın 28-30-da Qazaxıstana səfərindən sonra Azərbaycana gələcək. Azərbaycana səfər proqramı tam dəqiqləşdirilməsə də, Lex Kaçinskinin Qazaxıstandan gündüz saatlarında gələcəyi məlumdur.

Daha öncə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskinin bildirdiyinə görə, səfər çərçivəsində Lex Kaçinski Azərbaycan prezidenti, baş naziri, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşəcək. Həmçinin prezident Heydər Əliyevin məzarı üzərinə və Şəhidlər Xiyabanına əklil qoyacaq.

Xəbər lenti

Xəbər lenti