...

Müsavat Partiyası Məclis üzvlüyünə namizədlərini irəli sürüb

Siyasət Materials 27 Mart 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının Məlis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi bu gün başa çatıb. Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Məclisdə boş qalan 28 yerə 70-dən çox şəxs namizədliyini verib. Məclisin martın 31-də keçiriləcək iclasında boş qalmış yerlərə gizli səsvermə keçiriləcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Hazırda partiya beş deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti