...

Heydər Əliyev Fondunun prezidenti Fransa baş nazirinin xanımı ilə görüşüb

Siyasət Materials 2 Aprel 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 2-də Fransaya səfəri çərçivəsində Fransa baş nazirinin iqamətgahında hökumət başçısı Dominik de Vülpenin xanımı Marillor de Vülpenlə görüşüb. Xanım de Vülpen Mehriban xanım Əliyevaya Parisin ən qədim və möhtəşəm memarlıq abidələrindən olan Matinyon sarayının tarixi barədə danışıb, hörmətli qonağı ayrı-ayrı salonlarla tanış edib.

Sonra Mehriban xanım iqamətgaha daha əzəmətli görkəm verən bağdakı nadir ağac növlərinə, tarixi abidələrə də baxıb. İqamətgahla ümumi tanışlıqdan sonra Marillor de Vülpen ilə Mehriban Əliyevanın görüşü olub.

Görüş zamanı Baş nazirin xanımı rəhbərlik etdiyi cəmiyyətin ölkədəki əlil uşaqlara, onların təhsilinə göstərdiyi qayğıdan, bu məqsədlə həyata keçirilən xüsusi proqramlar barədə məlumat veribr.

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin bu sahəyə yaxınlığını xatırladıb, Fondun bu istiqamətdə xüsusi proqramının olduğunu, valideyn qayğısından məhrum uşaqların təlim-tərbiyəsinə hərtərəfli qayğı göstərildiyini bildirib və bu sahədə təcrübə mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti