...

Azərbaycanın gənclər və idman naziri Britaniyadan olan nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 2 Aprel 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Sport" təşkilatının rəhbəri Elias Musaneqeyanın rəhbərlik etdiyi Britaniya nümayəndə heyətilə görüş keçirib.

Trend xəbər verir ki, görüş zamanı A.Rəhimov nazirliyin yaranma tarixi, respublikada idmanın inkişafı və qarşıda duran perspektivlər barədə danışıb. Onun sözlərinə görə, son illər idmanın inkişafında ciddi irəliləyişlər olmuşdur ki, beynəlxalq arenada idmançılarımızın çıxışı da bunu sübut edir.

Öz növbəsində, Elias Musaneqeya qeyd edib ki, onu məktəblərdə idmanın inkişafı maraqlandırır. "İdman sosial bir hadisədir, buna görə də bu bizi çox maraqlandırır. Bununla yaanaşı Azərbaycan 5-ci ölkədir ki, biz burda öz alayihələrimizlə Nazirliyə yardım etmək niyyətindəyik",-deyə Musaneqeya sonda bildirib.

Xəbər lenti

Xəbər lenti