...

Ümid Partiyasının sədri: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi fəaliyyətini dayandırıb"

Siyasət Materials 4 Aprel 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) fəaliyyətini dayandırıb. Bu barədə çərşənbə axşamı Bakıda MSƏM-in həmtəsisçisi, Umid Partiyasının sədri, deputat İqbal Ağazadə məlumat verib.

Onun sözlərinə görə, bu barədə rəsmi qərar qəbul olunmasa da, mərkəz faktiki olaraq fəaliyyət göstərmir: "Biz çalışdıq ki, mərkəz fəaliyyətini davam etdirsin. Lakin bu, baş tutmadı. Bunun da səbəbi mövcud ictimai-siyasi vəziyyətlə bağlıdır."

İ.Ağazadə hesab edir ki, MSƏM-in fəaliyyətini dayandırması məsuliyyətinin mərkəzdə təmsil olunan hansısa bir partiyanın üzərinə qoyulması düzgün olmazdı.

MSƏM bir il öncə müxalifəti təmsil edən 4 partiyanın - Ümid, Milli İstiqlal, Tərəqqi və Milli Demokrat partiyalarının və Milli Dirçəliş Hərəkatının iştirakı ilə yaradılmışdı.

Xəbər lenti

Xəbər lenti