...

Kosovo Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün presedent ola bilməz – rusiyalı politoloq

Siyasət Materials 5 Aprel 2007 15:14 (UTC +04:00)
Kosovo Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün presedent ola bilməz – rusiyalı politoloq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Kosovo problemi, Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ancaq hüquqi-formal nöqteyi-nəzərdən oxşardırlar. Öz mahiyyətlərinə görə isə tamamilə fərqlidirlər və bu münaqişələrin həll olunmasına ayrıca yanaşma tələb olunur.

Bu barədə cümə axşamı Bakıda Rusiyanın starteji araşdırmalar institutunun direktoru Yevqeni Kojokin brifinqdə bildirib. Politoloq bildirib ki, Kosovo münaqişəsinin həll olunması üzrə plan Dağlıq Qarabağ münaqişəsinin həllində presedent ola bilməz. Kojokin münaqişənin həll olunmasında ləngiməni "regiondan kənar oyunçuların maraqlarında, münaqişənin həllinə fərqli yanaşmalarda" görür.

Xəbər lenti

Xəbər lenti