...

Rusiya hərbi texnikası ilə dolu daha 3 eşalon Gürcüstandan Azərbaycan ərazisi ilə çıxarılacaq

Siyasət Materials 13 Aprel 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " E.Hüseynov / May ayı ərzində Azərbaycan ərazisi ilə Rusiyaya Gürcüstanda yerləşən rus hərbi bazalarında texnika ilə yüklü 3 eşalon göndəriləcəyi planlaşdırılır. Bu barədə Trend ə bu gün Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. İki eşalonun (15 və 24 may) Batumidəki 12-ci hərbi bazadan, bir eşalonun isə Axalkalakidəki 62-ci bazadan yola salınacağı planlaşdırılır. Rusiya Müdafiə Nazirliyinin Zaqafqazyadakı rus qoşunları qrupunun Tbilisi qarnizonunun növbədənkənar şəkildə çıxarılmasını nəzərdə tutan qərarına əsasən, 2006-cı ildə Gürcüstandan 387 hərbçi, 100 ədəd hərbi texnika, 350 ton əmlak və silah-sursat çıxarılıb.

Gürcüstanla Rusiya arasındakı anlaşmaya görə rus hərbçilərinin Axalkalakidən çıxarılması prosesi 2007-ci il iyulun 1-dək yekunlaşmalıdır. Batumidəki bazadan isə hərbçilər 2008-ci ilin sonunadək çıxarılmalıdır.

Ümumillikdə Gürcüstandan Ermənistana rus hərbi texnikası ilə yüklü 6 avtokolon gələcək. Bu gün səhər Axalkalakidən Gümrüyə (Ermənistan) mühəndis texnikası və müxtəlif avadanlıqla dolu ilk kolon yola düşüb. Digər iki kolon isə, Gürcüstan və Rusiya tərəflərinin razılığına əsasən müvafiq olaraq 19 və 25 aprel, habelə 4 və 30 may tarixlərində göndəriləcək. Hələlik yalnız sonuncu kolonun çıxarılması tarixi məlum deyil.

Xəbər lenti

Xəbər lenti