...

Millət vəkili: "AŞPA Azərbaycanda siyasi məhbus məsələsini qapadıb"

Siyasət Materials 16 Aprel 2007 13:17 (UTC +04:00)
Millət vəkili: "AŞPA Azərbaycanda siyasi məhbus məsələsini qapadıb"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ AŞPA Azərbaycanda siyasi məhbus məsələsini qapadıb. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Millət vəkili qeyd edib ki, AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa dəvət olunan azərbaycanlı hüqüq müdafiəçiləri yenidən siyasi məhbus məsələsini qaldırsalar, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri buna münasibət bildirəcəklər və bu məsələ ətrafında müzakirələrin aparılmasına etiraz edəcəklər.

Paşayeva deyib ki, istər siyasi partiya təmsilçiləri, istərsə də hüquq müdafiəçilərinin sessiya çərvivəsində keçirilən tədbirlərdə iştirak etmələri təbbi haldır. Onlar müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini bildirə bilərlər, bu, onların hüququdur.

"Azərbaycan vətəndaşları Avropa Məhkəməsinə müraciət hüququ da qazanıblar. Əgər hər hansı bir şəxs hesab edirsə ki, Azərbaycan məhkəmələri onun hüquqlarını tam təmin etmir, bu zaman o, öz hüququndan yararlanaraq Avropa Məhkəməsinə də müraciət edə bilər" - deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Bir neçə saatdan sonra Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə ediləcək. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti